Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nigeriyada minlərlə məhbus həbsxanadan qaçıb

118 Baxış

Nigeriyanın Ovveri şəhərində həbsxanadan kütləvi qaçış olub.

Yerli “The Nation” nəşrinin məlumatına görə, hadisə aprelin 5-də gecə saatlarında baş verib.

Məlumata əsasən, bir qrup silahlı şəxs həbsxanaya hücum edib. Şahidlərin sözlərinə görə, silahlılar hadisə yerinə hərbi avtomobillə gəliblər. Onlar müəssisənin divarlarını dinamit vasitəsilə partladıb və nəticədə, azı iki min məhbus həbsxanadan qaçıb.  

Hazırda qaçan məhbusların axtarışları davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678