Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çili prezidenti ölkə səhiyyəsinin çökmə həddinə çatdığını etiraf edib

143 Baxış

Çilinin səhiyyə sistemi koronavirusa yoluxma hallarının artması səbəbindən öz imkanlarının son həddinə çatıb.

TASS agentliyi xəbər verir ki, bu sözləri Çilinin prezidenti Sebastyan Pinyera peyvənd kampaniyasının başlanğıcına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

“Koronavirusun növbəti dalğası Çiliyə ağır zərbə vurdu. Səhiyyə sistemimiz öz imkanlarının son həddindədir, amma xəstələr lazımi müalicəni almaqda davam edirlər”, – deyə Çili prezidenti bildirib.

Prezident həmçinin COVID-19-la mübarizədə səhvlərə yol verdiklərini də etiraf edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678