Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın dövlət katibi: “Bayden Rusiyanı məsuliyyətə cəlb etmək istəyir”

130 Baxış

ABŞ Dövlət katibi Entoni Blinken Co Baydenin Rusiya lideri Vladimir Putin barədə söylədiklərini siyasi praqmatizm kimi şərh edib.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Qəzetin müxbiri Co Baydenin açıqlamasından sonra Rusiya-ABŞ işbirliyinin mümkünlüyü barədə soruşub.

E. Blinken sözlərinə görə, ABŞ prezidentinin siyasəti məqsədəuyğunluğa əsaslanır.

E.Blinken əlavə edib ki, Co Bayden Rusiyanı düşmənçilik fəaliyyətinə görə məsuliyyətə cəlb etmək istəyir, eyni zamanda ABŞ lideri rəsmi Moskvanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa dəvət edir.

Xatırladaq ki, C. Bayden prezident seçiləndən bir neçə gün sonra verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırmışdı.

Dövlət başçısı jurnalist Corc Stefanopulosa müsahibəsində Kremlin ABŞ-dakı prezident seçkilərinə müdaxiləsindən danışıb və Rusiyanın bunun hesabını ödəyəcəyini deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678