Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsveçdə peyvəndin fəsadlarına məruz qalanlar təzminat tələb edir

115 Baxış

COVID-19 peyvəndinin fəsadları səbəbindən təxminən 150 isveçli dərmanlara görə tibbi sığorta fondundan təzminat tələb edib.

Sverigesradio.se məlumat verib ki, bunların ikisi ölüm halları ilə əlaqədardır.

“Hələ heç bir təzminat verməklə məşğul deyilik. Bunun üçün daha uzun araşdırma tələb olunur. Rədd etdiyimiz zaman bəzi fəsadlarla qarşılaşdıq deyə belə qərara gəldik”, – deyə fonddan bildirilib.

Ölkədə kompensasiya tələbləri təsdiqlənmiş hər üç peyvəndə – “Pfizer-BioNTech”, “Moderna” və “AstraZeneca” ya da aiddir.

Qeyd edilir ki, dərmanların heç biri bu statistikada digərlərindən fərqlənmir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678