Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğlu: “Qara dənizdə sülhün olmasını istəyirik”

121 Baxış

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qara dənizdə baş verən siyasi hadisələrlə bağlı danışıb.

Bu barədə NTV-yə müsahibə verən türkiyəli nazir qeyd edib ki, Türkiyə sülh tərəfdarıdır, amma hazırkı Ukrayna-Rusiya gərginliyi buna mane olur:

“Əlbəttə ki, Qara dənizin sülh dənizi olmasını istəyirik. Bütün sahilyanı ölkələrinin bir araya gələrək dəniz yurisdiksiyalarını təyin etmələri üçün fikir birliyi var. İstədikləri təqdirdə Qara dənizi sülh dənizinə çevirmək olar”.

Biz “Monte” razılaşmasını tam dəqiqliyi ilə həyata keçiririk. Nə Rusiya, nə də başqaları bununla bağlı narahat olmamalıdır”.

Çavuşoğlunun sözlərinə görə, ABŞ gəmiləri bu gün boğazdan keçməzsə, 15 günlük bildiriş dövrü yenidən başlayır:

“Sahili olmayan ölkələri 15 gün əvvəl xəbərdar etmək lazımdır. ABŞ bizə dünən şifahi olaraq izah etdi ki, keçidləri ləğv edib. Lakin, hələ yazılı qeyd almamışıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678