Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada koronavirus kabusu: Hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir

166 Baxış

Fransa Baş naziri Jan Kasteks koronavirus səbəbindən ölkədə hər 30 saniyədə bir nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

O, bu barədə Fransanın ictimai televiziyası TF1-ə danışıb.

Kasteks xalqı, xüsusən də satıcıları COVID-19 tədbirlərinə riayət etməyə çağırıb.

Avropada və Fransada koronavirusa yoluxma sayında böyük artım müşahidə olunduğuna diqqət çəkən nazir bildirib ki, epidemiya başlayandan bəri 37 min nəfər itiriblər.

O vurğulayıb ki, lazımi addımlar atılmasa, ölkədəki reanimasiya bölmələri 15 gündə dolacaq.

Qeyd edək ki, Fransa 1 413 915 nəfər yoluxma sayı ilə ölkələr arasında beşincidir, ölkədə koronavirusa görə oktyabrın 30-dan dekabrın 1-dək ümummilli karantin elan edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678