Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bütün mal-qaranı satıb estetik əməliyyat etdirdiyi arvadı onu atıb getdi – FOTO

152 Baxış

Türkiyənin Samsun şəhərində fermada işləyən 39 yaşlı Yalçın Okur bütün heyvanları yarı qiymətinə sataraq arvadını estetik əməliyyat etdirib.

ATV telekanalında Esra Erolun proqramında canlı yayına çıxan Okur ağlayaraq arvadının estetik əməliyyatdan sonra onu atıb getdiyini deyib:

“13 ildir evliyik. Yoldaşım burun əməliyyatı keçirən əmisi qızının yanına getdi. Bir ay yalvardı ki, mən də burnumu əməliyyat etdirmək istəyirəm. Dedim ki, mən səni bu formada sevirəm, biz fermada işləyirik, amma çox israr elədi. Bizi heç sevmədi, uşaqlarını sevmədi, yalnız özünü sevdi. Madam gedəcəkdin, estetik əməliyyat etməzdən əvvəl gedərdin”.

Onun sözlərinə görə, arvadını başdan ayağa estetik əməliyyat etdirib.

Bundan sonra arvadı Meral qızına İstanbula gedərək işləyəcəyini deyib.

26 yaşlı Meral 15 yaşında ailə qurub, üç uşaq dünyaya gətirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678