Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanda seçkilərdə qalib gələn müxaliflər mandatdan imtina etdilər

156 Baxış

Gürcüstanda 31 oktyabr seçkilərində səslərin 3 faizdən bir qədər çoxunu qazanan iki parlament partiyası mandatı rədd edib.

“Sputnik Gürcüstan” xəbər verir ki, müxalif “Avropa Gürcüstanı” parlamentə girmək və parlament seçkilərinin ikinci turuna qatılmaqdan imtina edib.

Partiyanın rəhbəri David Bakradze bildirib ki, 31 oktyabr 2020-ci il seçkiləri azad, ədalətli olmayıb və xalqın iradəsini əks etdirməyib.

Digər müxalif partiya, “Gürcüstanın Vətənpərvərlər Alyansı” da parlamentdə təmsil olunmağı qəbul etməyib.

Alyansın siyasi katibi Qoça Tevdoradzenin dediyinə görə, partiya deputat mandatından imtina edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678