Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT: “Soyqırımı faktını müvafiq məhkəmə instansiyası təsdiq etməlidir”

117 Baxış

ABŞ-ın qondarma erməni soyqırımını tanıması planlarını şərh edən BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik bu faktın müvafiq instansiya məhkəməsi tərəfindən təsdiq edilməli olduğunu bildirib.

“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”, – deyə S.Dyucarrik bəyan edib.

TASS xəbər verir ki, qurum rəsmisi ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etməkdən imtina edərək, onların BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678