Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniya əkskəşfiyyatı rəsmi “Instagram” səhifəsi açıb – FOTO

157 Baxış

Britaniyanın MI5 əkskəşfiyyat xidməti “Instagram” sosial şəbəkəsində rəsmi səhifə açıb.

Bu barədə xidmətin rəhbəri Ken Makkallum “The Daily Telegraph” nəşrinə bugünki müsahibəsi zamanı məlumat verib. O, bildirib ki, MI5 daha çox şəffaflığa can atır.

Şəbəkədəki ilk postda xidmətin öz qapılarını hər kəsin üzünə açacağı və maraqlanan şəxsləri öz fəaliyyətinin bir sıra tərəfləri ilə tanış edəcəyi bildirilir.

K.Makkallumun sözlərinə görə, səhifədə həmçinin xidmətin tarixi barədə məlumatlar, eləcə də iş elanları öz əksini tapacaq. 

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678