Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiya koronavirusa qarşı yeni dərman istifadə edəcək

119 Baxış

Yaponiyada koronavirusa qarşı revmatoid artritin müalicəsində tətbiq olunan dərmandan istifadə ediləcək.

“Kyodo” xəbər verir ki,  ölkənin Səhiyyə Nazirliyi “Baricitinib”ın COVID-19 xəstələri üçün istifadəsini təsdiqləyib.

Bu, “Remdesivir” və “Deksametazon” dərmanlarının ardından üçüncü belə təsdiqlənmədir.

ABŞ-ın “Eli Lilly & Co” əczaçılıq firmasının Yaponiyadakı törəmə şirkəti dekabr ayında dərmanın yeni istifadəsi üçün tənzimləyicilərə müraciət etmişdi.

Sözügedən dərmanın ABŞ-da oksigen terapiyasına ehtiyac duyulan koronavirus xəstələrinin müalicəsində anti-viral “Remdesivir” dərmanına yanaşı olaraq istifadəsi qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678