Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-dan Vyanadakı terrora reaksiya: “Bu nifrət və şiddətin bəhanəsi ola bilməz”

151 Baxış

ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Robert O’Brayn ABŞ-ın terrorizmlə mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəklədiyini deyib.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının “Twitter” hesabında məlumat verilib:

“ABŞ Vyana xalqı üçün dua edir. Bu cür nifrət və şiddətin bəhanəsi ola bilməz. Terrorla mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəkləyirik”.

Xatırladaq ki, Avstriyanın Vyana şəhərində terror aktı 15 nəfərin yaralanmasına, iki nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri terrorçudur. Yaralıların yeddisinin vəziyyəti ağırdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678