Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub

129 Baxış

Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.

“RİA Novosti” xəbər verir ki, o, yerli vaksinasiya mərkəzində çalışdığı zaman koronavirusa qarşı “BioNTech” peyvəndini fiziki məhlulla dəyişdirib.

Hadisə aprelin 21-də baş verib. Bildirilib ki, tibb bacısı 6 ədəd şprisi dəyişdirib.

Hazırda peyvənd əvəzinə fiziki məhlul vurulan şəxslərin səhhətinin normal olduğu bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678