Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə ABŞ-ın İncirlik hərbi bazasındakı fəaliyyətini gündəmə gətirə bilər

125 Baxış

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımını” tanıması barədə bəyanatından sonra ABŞ-ın İncirlik bazasından istifadəsi sual altına düşə bilər.  

Bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Mənbə yazır ki, bu ehtimal Birləşmiş Ştatlar mətbuatında da gündəmə gətirilib.

Belə ki, Türkiyə-ABŞ arasındakı son gərginlik rəsmi Ankaranın İncirlik hərbi bazasından istifadəsi qaydalarına yenidən baxmasına gətirib çıxara bilər.

Yazıda qeyd edilir ki, 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası, 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələrinin və Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin ortaq istifadəsinə verilmişdir.

İncirlik hərbi bazası Yaxın Şərqi hərbi nəzarətdə saxlamaq üçün ən əhəmiyyətli hərbi baza hesab edilir və ABŞ tərəfinin icra etdiyi bəzi əməliyyatlarda çox vacib rol oynayır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678