Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baydenin telemüraciəti zamanı təkcə senator deyil, xalq da mürgüləyib

124 Baxış

ABŞ-ın 46-cı Prezidenti Co Baydenin Konqresə ilk mesajının yayımını təqribən 27 milyon insan izləyib. Bu sələfi Donald Trampın 2017-ci ildəki müraciətini izləyənlərin sayından 20 milyon azdır.

Bu barədə “Deadline” xəbər yayıb.

Qeyd edək ki, Trampın 2020-ci ildəki son mesajı belə Baydenin Konqresə müraciətini izləyənlərin sayından 10 milyon artıq olub.

Xatırladaq ki, 46-cı prezidentin çıxışı zamanı respublikaçı senator Ted Kruzun mürgüləməsi ilə bağlı kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb. Görünür bu videonun populyarlıq qazanması təsadüfi olmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678