Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanda atışma: Yaralılar arasında bələdiyyə başçıları da var

104 Baxış

İrəvanda gecə saatlarında atışma baş verib. Hadisə nəticəsində dörd nəfər yaralanıb, onların arasında Şenqavit və Malatiya inzibati bölgələrinin bələdiyyə başçıları da var.

Bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, yaralılardan üçü güllə, biri isə bıçaq yarası alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində tüfəng, tapança, giliz və qan izləri tapıblar.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678