Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda daha bir terror aktı həyata keçirildi

115 Baxış

Əfqanıstanın şərqində aviabazada baş verən partlayış nəticəsində azı iki nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

Bu barədə “TOLOnews” telekanalı xəbər yayıb.

Bildirilir ki, partlayış Baqram aviabazasında baş verib.

Yeri gəlmişkən xatırladaq ki, dünən Loqar vilayətində terror aktı həyata keçirilmişdi. Avtomobilə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

Qeyd olunur ki, terror aktı xarici qoşunların ölkəni tərk etməsi prosesinin başlanmasından dərhal sonra baş verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678