Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlon Mask bir sutkada fantastik məbləğdə pul itirdi

159 Baxış

“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti bir gündə 5 milyard dollar azalıb.

Bu barədə “Forbes Real-Time” reytinqinin məlumatlarında qeyd edilir.

“Tesla”nın səhmləri bazar ertəsi şirkətin Berlin fabrikinin açılışını təxirə salmaq məcburiyyətində qala biləcəyi barədə xəbərlərdən sonra azalıb. Gecikmənin səbəbi şirkətin layihə üçün əlavə ətraf mühit və inşaat icazələri alması ilə bağlıdır.

Maskın sərvəti indi təqribən 168,6 milyard dollar qiymətləndirilir. O, “Forbes”in dünyanın ən varlı insanları reytinqində üçüncü sıradadır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678