Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbulda dəhşət: Fidyə üçün girov götürdükləri şəxsin işgəncə görüntülərini ailəsinə yolladılar – VİDEO

130 Baxış

Türkiyənin İstanbul şəhərində dəhşətli hadisənin üstü açılıb. Belə ki, pakistanlı şəxs qaçırılaraq işgəncə edilib, bununla bağlı görüntülər isə ailəsinə göndərilərək fidyə istənilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, İstanbulda tək yaşayan pakistanlı M.S.-dan bir neçə gün xəbər çıxmadığını görən müdiri bu barədə polisə məlumat verib. Hüquq mühafizə orqanları gəncin Pakistandakı ailəsi ilə əlaqə yaradıblar. Bu zaman məlum olub ki, naməlum şəxslər M.S.-ya işgəncə etdikləri barədə görüntüləri qohumlarına yollayıb, onu buraxmağın müqabilində 50 min avro fidyə istəyiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678