Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanda açıq məkanlarda da maskaların istifadəsi məcburi olacaq

341 Baxış

Gürcüstanda sabahdan etibarən açıq məkanlarda da maskaların istifadəsi məcburi olacaq.

“Novosti Qruziya”nın məlumatına görə, bu barədə baş nazirin müavini, Regional İnkişaf və İnfrastruktur Naziri Maya Tskitişvili bildirib.

Evdə və ya açıq havada maska ​​taxmamaq üçün cərimə 20 laridir (təxminən 10 AZN).

Tskitişvili həmçinin restoranların, kafelərin və istirahət müəssisələri bütün ölkə daxilində saat 22.00-a qədər işləyəcəklərini söyləyib.

Sentyabr ayından etibarən Gürcüstanda koronavirus infeksiyası halları kəskin artıb. Belə ki, epidemiyanın ilk dalğası dövründə (26 fevral – 1 sentyabr) yoluxanların ümumi sayı 1500 idisə, hazırda ölkədə hər gün iki minədək yeni xəstəlik aşkar olunur. Son bir gündə Gürcüstanda 1943 yeni koronavirus hadisəsi qeydə alınıb. 20 xəstə isə vəfat edib.

Epidemioloqların proqnozlarına görə, bu tendensiya davam edəcək və yoluxma halları artacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678