Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belçikada yeddi aydır bağlı olan restoran və kafelər açıldı

163 Baxış

Belçikada yeni növ koronavirus epidemiyası səbəbindən bağlanan restoranlar, kafelər və barlar yenidən açılıb.

“Anadolu” agentliyi xəbər verir ki, buna səbəb xəstələrin sayının azalması və sürətli peyvəndləmədir.

Müştərilər yalnız açıq havada qəbul ediləcək.

Ölkədə sözügedən məkanlar 2020-ci ilin oktyabrında, koronavirusun ikinci dalğası zamanı bağlanıb.

Qeyd edək ki, Belçikada koronavirusa 1 010 987 yoluxma və 24 483 ölüm qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678