Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda qanlı iftar terrorunun qurbanlarının sayı artıb

119 Baxış

Kabul şəhərində iftar vaxtı qızlar məktəbinin qarşısında törədilən terror aktı nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Bu barədə “Tolo News” məlumat yayıb.

Məlumata əsasən, dünən axşam saatlarında təhsil müəssisəsinin qarşısında dayanan avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində təxminənən 150 nəfər yaralanıb.

Ölən və yaralananların əksəriyyətini məktəbin şagirdləri təşkil edir.

Əfqanıstan prezidenti Əşfər Qani baş vermiş hadisəyə görə “Taliban”ı günahlandırsa da, təşkilatın rəhbərliyi terror aktına görə məsliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, terror hadissilə bağlı ölkədə matəm elan olunub. Həyatını itirmiş məktəblilərin ailələrinə maddi təzminat ödəniləcəyi barədə dövlət başçısı tərəfindən göstəriş verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678