Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan quru sərhədlərini açır

139 Baxış

Gürcüstan turizmə görə quru sərhədlərini açmağa hazırlaşır.

Bu barədə “Sputnik” ölkənin iqtisadiyyat naziri Natiya Turnavaya istinadla xəbər yayıb.

O, bunun bir neçə həftə ərzində həyata keçə biləcəyini bildirib.

“Quru sərhədlərinin təhlükəsiz açılışı turizm üçün  əsas stimullardan biridir. Ehtimal ki, bu yaxın bir neçə həftənin məsələsidir”, – deyə Turnava bildirib.

Qeyd edək ki, Gürcüstanın quru və dəniz sərhədləri 2020-ci ilin mart ayından bağlıdır. Cari ilin fevral ayından etibarən ölkəyə hava yolu ilə getmək mümkün olub.

Gürcüstan şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678