Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pelosi Qış Olimpiya Oyunlarının siyasi boykotuna çağırdı

125 Baxış

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünya liderlərini Pekindəki “2022 Qış Olimpiya Oyunları”na getməkdən imtina etməyə çağırıb. O, siyasi boykota çağırışını Çinin insan haqqları pozuntularına yol verməsi ilə əsaslandırıb.

Bu barədə CNBC xəbər yayıb.

“Əgər davam edən soyqırımı şəraitində yerlərinizdə otursanız (Pekində, Oyunlar zamanı), belə bir sual ortaya çıxır: Çin hökuməti soyqırımı etdiyi vaxtda dünyanın hər yerində insan hüquqları barədə danışmaq üçün hansı mənəvi haqqınız var?” – deyə amerikalı qanunverici dünya liderlərinə müraciət edib.

Olimpiadaların maliyyə sponsorlarını tənqid edən Pelosi “kommersiya səbəblərindən Çində insan haqqlarının pozulmasına qarşı çıxmasaq, harada olmasından asılı olmayaraq insan haqqlarını müdafiə etmək üçün bütün mənəvi hüquqlarımızı itirəcəyik” deyə əlavə edib.

Bununla belə Nümayəndələr Palatasının sədri vurğulayıb ki, idmançılar oyunlarda iştirak edə bilməlidirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678