Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sünnətdən sonra uşağın ürəyi 10 dəqiqə dayandı

125 Baxış

Rusiyada klinikaların birində iki yaşlı uşaq sünnət edildikdən sonra ölüm təhlükəsi ilə üzləşib.

“Fontanka”nın məlumatına görə, hadisə Sankt-Peterburqda yaşanıb.

Məlumata görə, prosedur bitdikdən sonra uşaqda qıcolma başlayıb, ardınca isə ürəyi 10 dəqiqə müddətinə dayanıb.

Balaca xəstə təcili yardımla son dərəcə ağır vəziyyətdə Sankt-Peterburq Pediatriya Universitetinə aparılaraq reanimasiyaya yerləşdirilib. Həkimlər onu xilas edə biliblər.

Hadisə ilə əlaqədar “peşə vəzifəsini lazımınca yerinə yetirməməsi səbəbindən səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678