Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Boko Haram”ın lideri öldürülüb

123 Baxış

Nigeriya xüsusi xidmət orqanları tərəfindən terrorçuların son 72 saat ərzində dinlənilən danışıqları belə deməyə əsas verir ki, “Boko Haram” qruplaşmasının rəhbəri Əbubəkir Şekau öldürülüb.

Bu barədə “Daily Nigerian” yerli kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, terrorçunun mayın 19-da Nigeriyanın şimal-şərqində İŞİD qüvvələrilə gedən döyüşlər zamanı həlak olduğu bildirilib.

Kəşfiyyat xidmətindən yayılan xəbərlərə görə, Şekaunun ölümünün canlı şahidləri də mövcuddur.

Terrorçu liderin öz iqamətgahında İŞİD-çilər tərəfindən mühasirəyə alındığı və təslim olmaqdan imtina etdiyi qeyd olunub.

Xatırladaq ki, bunadək Nigeriya xüsusi xidmətləri artıq dörd dəfə Şekaunun öldürüldüyünü bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678