Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cənubi Koreya raketləri istənilən məsafədə uçacaq – ABŞ-dan AÇIQLAMA

123 Baxış

ABŞ Cənubi Koreya raketlərinin istənilən məsafədə uçmasına icazə verib.

“RİA Novosti” xəbər verir ki, Cənubi Koreya Prezidenti Mun Çje In və ABŞ lideri Co Bayden Seulun raket istifadəsinə dair qərarın ləğvini qəbul ediblər.

Sənəd 800 kilometrdən çox mənzilli raketlərin yaradılması və istifadəsində məhdudiyyətləri nəzərdə tutmuşdu.

“Müdafiə hazırlığımızı artırmağı qəbul etdik və Cənubi Koreya qüvvələri tərəfindən ABŞ-dan Cənubi Koreyaya əməliyyat nəzarətinin (OPCON) ötürülməsi barədə öhdəliyimizi təsdiq etdik. Yenidən nəzərdən keçirilmiş raket təlimatlarının bitdiyini elan etməkdən də məmnunam”, – deyə Koreya prezidenti bildirib.

O, bunu ittifaqın etibarlılığını nümayiş etdirmək üçün “simvolik” və əhəmiyyətli tədbir adlandırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678