Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polşa prezidenti Türkiyəyə səfər edəcək

119 Baxış

Polşa prezidenti Anjey Dudanın Türkiyəyə rəsmi səfəri baş tutacaq.

Bu barədə “Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində bir çox sahələrdə iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar müzakirə olunacaq.

Keçiriləcək rəsmi görüşlər zamanı regional və qlobal gündəmə aid məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Həmçinin, səfər çərçivəsində bir sıra ikitərəfli anlaşmaların imzalanması gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678