Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniyanın müdafiə naziri Rusiyanı “bir nömrəli təhlükə” adlandırdı

118 Baxış

“Rusiya Böyük Britaniya üçün “bir nömrəli təhlükə”dir”.

Bunu “The Telegraph” nəşrinə müsahibəsində krallığın müdafiə naziri Ben Uolles bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın sualtı qayıqları Britaniya sahilləri boyu üzür.

“Biz gərginliyi azaltmağa çalışdıq, müxtəlif üsullardan istifadə etdik. Lakin Rusiyanın öz davranışlarını dəyişmədikcə, hansı istiqamətə doğru hərəkət etdiyimizi anlamaq çətindir”, – deyə nazir bildirib.

O əlavə edib ki, hazırda Rusiya Britaniya sərhədləri boyu həddindən artıq fəallıq nümayiş etdirir.

“Öz burunlarını hər yerə soxan Rusiya gəmiləri tez-tez bizə qonaq gəlir”, – deyə nazir qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678