Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanın COVID xəstəxanasında kütləvi təcavüz ittihamı

152 Baxış

Hindistanda yüngül koronavirus əlamətlərilə xəstəxanaya müraciət edən bir xanımın qrup halında təcavüzə məruz qaldığı iddia olunub.

“Haber Global”ın məlumatına görə, hadisə Bihar əyalətində baş verib.

Xəstəxanaya yatırılan koronaviruslu 45 yaşlı qadın 4 gün sonra vəfat edib.

Mərhumun qızı həkimlərin təcavüz faktını gizlətmək və qadını susdurmaq üçün onun intubasiya edildiyini bəyan edib.

Bu iddialardan sonra hüquq-mühafizə orqanları işə qarışıb və xanımın cəsədi yarılma üçün tibbi ekspertizaya göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678