Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Konqoda vulkan püskürməsi nəticəsində 13 nəfər ölüb

126 Baxış

Konqo Demokratik Respublikasının şərqində yerləşən Qoma şəhərinin yaxınlığındakı Nyiraqonqo vulkanının püskürməsi ən azı 13 nəfərin ölümünə səbəb olub.

Bu barədə “Politico” portalı Şimali Kivu əyalətinin səlahiyyətlilərinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, vulkandan axan lavaların yaratdığı təhlükə səbəbindən təxliyə edilənlər yol qəzasına düşüb. Nəticədə doqquz nəfər ölüb. Digər dörd ölü, Qoma həbsxanasından qaçmaq istəyən məhbuslardır.

Artıq Qomanın şimal-şərq bölgələrindəki insanlar evakuasiya edilir. Təxminən 7 min şəxs şəhərdən qonşu Ruandaya qaçıb. Lavalar artıq Kivu gölünün yaxınlığında yerləşən hava limanına çatıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678