Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp Baydenlə bağlı proqnozuna görə “Fox News”un sahibinin üstünə qışqırıb

150 Baxış

ABŞ Prezidenti Donald Tramp “Fox News”un sahibi Rupert Merdoka zəng edib və Arizonada Demokratik namizəd Co Baydenin liderliyini elan etməsi ilə əlaqədar onun üstünə qışqırıb.

Bu barədə “Vanity Fair” öz mənbələrinə istinadla xəbər verib.

“Fox News” ənənəvi olaraq Trampı dəstəkləyir, ancaq redaktorlar ilk olaraq Co Baydenin Arizonadakı üstünlüyü barədə məlumat veriblər.

Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət başçısı Merdokdan kanalın təkzib verməsini istəyib, lakin o, bundan imtina edib.

“New York Times” qəzeti də öz növbəsində bildirib ki, səsvermədən sonra gecə boyu Merdoka Trampın məsləhətçisi və qızı İvankanın əri Cared Kuşner zəng edib.

Arizonada 11 seçici səsi ilə bülletenlərin 86 faizi hazırda sayılıb. İlkin nəticələrə görə, Tramp səslərin 47,9 faizini, Bayden – 50,7 faizini toplayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678