Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada vəzifəli şəxsdən ciddi İDDİA: “Sizin üçün Putin mənəm”

126 Baxış

Rusiyanın Komi Respublikasının rəhbəri Vladimir Uyba yerli sakinlərlə söhbət zamanı onların dövlət başçısı Vladimir Putinə müraciət etməklə bağlı fikirlərinə sərt reaksiya verib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Mayın 17-də baş tutan görüş zamanı Uyba sakinlərə problemləri barədə siyahı hazırlamağı təklif edib. Cavab olaraq sakinlər bu cür siyahıları hər il tərtib etdiklərini bildiriblər. Bundan əlavə sakinlərdən biri birbaşa olaraq Vladimir Putinə şikayət ünvanlamağı təklif edib. Bu fikirdən qəzəblənən Vladimir Uyba bildirib:

“Sizin üçün Putin mənəm. Başqa kim ola bilər? Mən sizin rəhbərinizəm. Bəs məni nə üçün seçmisiniz? Sonradan Putinə yazmaq üçün? Bəs onda mən nə üçün varam?”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678