Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnquşetiyada kriptovalyuta “haram” elan olundu

111 Baxış

İnquşetiya Ruhani İdarəsi müsəlmanların kriptovalyuta ilə əməliyyatlar həyata keçirmələrinə qarşı çıxıb və onları halal zəhmətlə pul qazanmağa çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Şəriətə görə kriptovalyutalarla istənilən əməliyyatların haram olması ilə bağlı fətva var. Pullarınız batacaq. İnsanlardan xahiş edirik ki, ora girməyin, o pulları götürməyin. Asan puldan xeyir tapmaq olmaz. Pul, sərvət zəhmət lə qazanılır. Gəlin zəhmət çəkək. Belə qazanc daha çox fayda gətirir. Bütün şübhəli işlərin sonda harama gətirib çıxardığı barədə Peyğəmbərimizin (s.a.v.) hədisi var”, -deyə İnquşetiya müftisinin müavini Maqomed Xaştırov bildirib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678