Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Honqkonqda insanların vaksin vurdurmaması səbəbindən iki milyon doza peyvənd atılacaq

139 Baxış

Çinin Honqkonq Xüsusi İdarə Bölgəsində istifadə olunmayan bir çox yeni koronavirus peyvəndi atılmalı olacaq.

BBC-nin xəbərinə görə, əhalisi üçün kifayət qədər dozaya sahib olan Honqkonq Xüsusi İdarə Bölgəsində insanların vaksin vurdurmaq istəməməsi səbəbindən ümumi əhalinin 20 faizdən azı peyvəndlənib.

Səlahiyyətlilər xəbərdarlıq ediblər ki, 2 milyona yaxın doza “Pfizer-BioNTech” peyvəndin son istifadə müddəti 3 ay ərzində bitəcək və bu müddətin sonunda istifadəyə yararsız hala gələn çox miqdarda peyvəndin atılması lazım gələcək.

Honqkonq səhiyyə sektoru işçilərinin yalnız üçdə biri vaksin vurdurub.

Bölgədə peyvənd nisbətlərinin arzuolunan səviyyəsinə çatmamasının səbəbləri kimi yoluxma nisbətinin aşağı olması və vətəndaşların hökumətə olan inamsızlığı göstərilib.

Digər tərəfdən, bəzi yerli siyasətçilər vaxtı bitmək üzrə olan peyvəndlərin, peyvənd nisbətlərində bir artım əldə edilə bilmədiyi təqdirdə ehtiyacı olan ölkələrə ixrac olunmasını təklif ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678