Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan Ter-Petrosyana qarşı: Nikol eks-prezidentə cavab verdi

115 Baxış

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı fikirlərinə reaksiya verib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Paşinyanın sözlərinə görə, Ter-Petrosyan İrəvanın son illərdəki siyasətini tənqid edir, lakin bu gün problemin həllini necə görməsindən bəhs etmir.

“Ancaq Ter-Petrosyanın fikirlərinə aydınlıq gətirilməlidir. O, bizə Qarabağdan getməyi və mövzunu bağlı hesab etməyi təklif edir. Ancaq bu gün nədənsə onu yox bizi günahlandırırlar”, – deyə N.Paşinyan bildirib.

Nikol Paşinyan həmçinin “Daşnaksütyun” Partiyasını da sərt tənqid edib. Onun sözlərinə görə, 1918 və 1920-ci illərdə Batumi və Aleksandropol müqavilələrini imzalayan partiya hazırkı hakimiyyəti xəyanətdə ittiham edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678