Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Münhendə Elvis Preslinin kabrioleti nümayiş olunur – FOTO

242 Baxış

Əfsanəvi ifaçı və aktyor Elvis Presliyə məxsus olan BMW markalı kabriolet bugünlərdə Münhen şəhərində nümayiş olunur.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Orijinal BMW 507 Münhendəki keçmiş “Freimann” dəmiryolu təmiri zavodunun ərazisində təşkli olunan “Motorworld” sərgisi çərçivəsində avtomobil həvəskarlarına təqdim edilib.

Presli bu avtomobili 1958-ci ildə Almaniyadakı hərbi xidmətinə başladıqdan bir qədər sonra Frankfurtda əldə edib. Xidmətini başa vurduqdan sonra isə onu ABŞ-a apararaq satıb.

Avtomobil 2014-2016-cı illər ərzində əsaslı şəkildə təmir olunub. Təmir zamanı qırmızı kabriolet ağ rəngə boyanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678