Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni kansler və Almaniyanın Bakı ilə İrəvana yönəlik siyasəti – AÇIQLAMA

133 Baxış

2021-ci ilin 26 sentyabrında Almaniya Bundestaqına növbəti seçkilər keçiriləcək və bunun ardınca hökumətin yeni tərkibi müəyyənləşəcək.

Politoloq, yazıçı, Almaniyada dərc olunan “World Economy” internet jurnalının baş redaktoru, Beynəlxalq Mədəni İrs Akademiyasının professoru, Hamburqdakı Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun dosenti Aleksandr Sosnovski Caliber.az-a verdiyi açıqlamada Bundestaqa keçiriləcək seçkilərdən sonra Almaniyanın postsovet ölkələrinə münasibətdə siyasətini nə qədər dəyişəcəyi ehtimalının olmasına toxunub.

A.Sosnovski qeyd edib ki, əgər Almaniyanın kansleri Armin Laşet və yaxud Olaf Şols olarsa o zaman Almaniyanın xarici siyasəti praktik olaraq dəyişməyəcək və hər şey son bir neçə ildə olduğu kimi davam edəcək.

“Əgər kansler Annalena Berbok olarsa, əminliklə demək olar ki, “Yaşıllar” partiyası ilə çox yaxın olan münasibətləri olan ABŞ-ın Demokrat partiyası Almaniyada hakimiyyətə gələcək. Annalena Berbokun siyasi kredosu eynilə ABŞ-ın Demokrat partiyasının şüarlarından ibarətdir. Bu vəziyyətdə istər Ukrayna məsələsində, istərsə də Qafqaza münasibətdə çox ciddi dəyişikliklərin olması mümkündür. A.Berbokun Türkiyəyə münasibətdə mövqeyi sərtləşəcək və bu da Berlinin Azərbaycan və Ermənistana olan yanaşmasına təsir göstərəcək. A.Berbokun rəhbərliyi altında Almaniyanın xarici siyasətindəki üstünlük Bakını dəstəkləyən Türkiyəyə və Azərbaycana deyil, Ermənistanın lehinə olacaq. Almaniyanın “Yaşıllar” partiyası ənənəvi olaraq Türkiyə hökumətinə və Türkiyənin siyasətinə qarşı kritik münasibət bəsləyir. Ancaq Laşet və ya Şols qalib gələrsə, bayaq dediyim kimi, Cənubi Qafqaz məsələsi də daxil olmaqla Almaniya siyasətində ciddi dəyişiklik gözləməyə dəyməz”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678