Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lovğalığı başına bəla oldu: Piton gicgahından dişlədi – VİDEO

124 Baxış

Avstraliyada piton onu tutan ilan ovçusunu dişləyib.

Bu barədə “Tag24” xəbər yayıb.

Məlumata görə, Kvinslendin Morton-Bey məntəqəsinin sakini bağında nəhəng piton görüb və ilan ovçəusuna bu barədə xəbər verib. Coş Kasl adlı ovçu dərhal hadisə yerinə gəlib. Əvvəlcə hər şey planlaşdırıldığı kimi gedib və gənc kolların arasından nəhəng ilanı tapıb.

Sonra isə o, lovğalanmağa başlayıb və ilanı çiyninə qoyaraq həyətdə gəzməyə başlayıb. Gözlənilmədən piton ovçunun boynuna dolanmağa başlayıb və vəziyyət getdikcə nəzarətdən çıxıb. Kasl ilanı boğazından açmağa çalışarkən isə piton qəfil hərəkətlə onun gicgahından dişləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678