Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniya koronavirus pasportlarının tətbiqindən imtina edə bilər

123 Baxış

Böyük Britaniya ölkədəki böyük tədbirlər üçün koronavirus peyvənd pasportlarından istifadə planlarından imtina edə bilər.

Bu barədə “Telegraph” Britaniya hökumətindəki mənbələrə istinadən xəbər yayır.

Bu fikrin inkişafında iştirak edən məmurlar peyvənd pasportlarının Birləşmiş Krallıqda təsirli olmayacağına əmindirlər.

Qəzetin yazdığına görə, peyvənd edilməsi barədə sübut xarici səyahət üçün məqbul sayıla bilər. Bu, digər ölkələrin giriş üçün oxşar sertifikat tələb etməsi ilə izah olunur.

Tənqidçilər Britaniyada ictimai tədbirlərdə oxşar tələblərin effektivliyindən şübhə edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678