Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koçaryan: “Ermənistan baş nazirinin səlahiyyətləri məhdudlaşdırılsın”

114 Baxış

Parlament respublikası modeli Ermənistan üçün uğursuzdur və ölkə baş nazirin səlahiyyətlərini məhdudlaşdıraraq güc sistemində islahatlar aparmalıdır.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın RBC telekanalına müsahibəsində deyib.

“Heç bir Ermənistan prezidenti Ermənistanın baş naziri qədər səlahiyyətə malik olmayıb. Bu, sadəcə yolverilməzdir”, – deyə o bildirib.

Onun fikrincə, Ermənistanın parlamentli respublikaya keçməsi ölkə üçün səhv addım olub:

“Parlamentli respublika haqqında danışmaq sadəcə tələskənlikdir. Hesab edirəm ki, heç olmasa bir addım geri çəkilmək lazımdır”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına 2015-ci ildə dəyişiklik edilib. Nikol Paşinyan 2018-ci ildən baş nazir postunu tutub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678