Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Titanik” gəmisinə sualtı tur təşkil ediləcək

166 Baxış

ABŞ-dan olan biznesmen 2021-ci ilin may ayından etibarən suyun altında olan “Titanik” gəmisinə səyahət təşkil etmək planlarının olması barədə açıqlama verib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş hələ 2018-ci ildə layneri görmək üçün suyu dibinə enməyə hazırlaşmışdı, lakin müəyyən şəraitlə əlaqədar buna nail ola bilməyib.

S. Raş suyun altındakı gəmiyə səyahəti may-sentyabr ayları aralığında təşkil etməyi nəzərdə tutur.

Turun qiyməti 125 dollar (212 manat) təşkil edəcək.

Biznesmen artıq 30 nəfərlik yerin əvvəlcədən sifariş edildiyini bildirib.

Əvvəlcə səyahətçilər Kanadanın Nyufaundlend adasında gedəcək, sonra isə sualtı gəmi ilə 3 min metrlik dərinliyə enəcəklər.

Suyun altında ekspedisiya altı-səkkiz saata qədər davam edəcək.

Biznesmen bildirib ki, əgər hər şey istədiyi kimi getsə, onun turistləri son 15 ildə batmış gəmini görən ilk şəxslər olacaq. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678