Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Axtarışları 37 il sonra öz bəhrəsini verdi

171 Baxış

ABŞ vətəndaşı Todd Metyuz gənc ikən tanımadığı bir qızın ölü tapılması ilə əlaqədar cinayət işinin açılması barədə xəbərə rast gəlib.

“Vice Media”ya danışan T.Metyuz özünün də bu işə maraq göstərdiyini və həyatını itirən qızın yaxınlarını tapmaqda internetin ona kömək etdiyini bildirib.

T.Metyuz 1960-cı ildə 17 yaşında olarkən çadıra bükülmüş vəziyyətdə ölü tapılmış qızın hadisəsini eşidib.

Polis qurbanın kimliyini müəyyənləşdirə bilmədiyi üçün onun məzar daşının üzərinə “Çadırdakı qız” sözlərini yazıb.

Bu cinayət yeniyetməlik yaşında olan T.Metyuzu çox maraqlandırıb və o, insidenti araşdırmaq qərarına gəlir.

T.Metyuz əvvəlcə qəzet məqalələrini nəzərdən keçirib və gələcək qayınatası ilə söhbət edib.

Belə ki, qızın cəsədini yol kənarında ən birinci aşkar edən şəxs məhz bu şəxs olub.

Lakin onun istintaqı çox ləng gedib.

1997-ci ildə T.Metyuz internetdə sayt açaraq, ölümünü araşdırdığı qız barədə informasiyanı orada yerləşdirib.

Bu, hadisədən təxminən 30 il sonraya təsadüf edib.

Bir müddət sonra onlayn detektiv itkin düşən qız barədə elana rast gəlib.

Elanda bir qadının öz bacısının T.Metyuzun yaşadığı yerin yaxınlığında itkin düşməsi barədə elana rast gəlib.

Dərhal axtarış aparan şəxslə əlaqə yaradan T.Metyuz ona kömək edə biləcəyini bildirir.

Cəsəddən nümunələr götürülür və polis “çadırdakı qız”ın həqiqətən internetdə axtarış aparan şəxsin bacısı olduğu təsdiqini tapır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678