Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada yeniyetmə uşağı güllələdi

153 Baxış

Rusiyanın Tümen vilayətində yeniyetmə ov edərkən on iki yaşlı uşağı vurub.

Gazeta.ru bu barədə regional prokurorluğun saytına istinadla məlumat verir.

Hadisə noyabrın 5-də Tobolsk rayonunun Varmaxli kəndi yaxınlığında baş verib.

“On üç yaşlı oğlan meşədə ov edərkən on iki yaşlı uşağı güllələyib. O, aldığı xəsarətdən ölüb. Hadisənin təfərrüatları araşdırılır”, – deyə məlumatda qeyd olunur.

Faktla əlaqədar olaraq silah qanunvericiliyinə əməl olunması və hər iki oğlanın valideynlərinin vəzifələrini yerinə yetirmələri ilə bağlı yoxlama aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678