Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp şəxsi bloqunu birdəfəlik bağlayıb

109 Baxış

ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi bloqu birdəfəlik bağlanıb.

CNBC xəbər verir ki, bunu siyasətçinin rəsmi nümayəndəsi Ceyson Miller bildirib.

O qeyd edib ki, bir aydan da az bir müddət ərzində fəaliyyət göstərən bloq eks-prezidentin saytından həmişəlik silinib və bərpa olunmayacaq.

C.Miller bloqun yalnız köməkçi vasitə olduğunu qeyd edib. O, həmçinin tezliklə Trampın yeni sosial şəbəkə səhifəsinin açılacağının da anonsunu verib.

Qeyd edək ki, cari ilin əvvəllərində Kapitoliyə hücumdan sonra demək olar ki, bütün sosial şəbəkələrdə Trampın səhifələrinə qadağa qoyulub. Məhz bundan sonra siyasətçi öz tərəfdarları ilə ünsiyyət üçün şəsxi saytını, daha sonra isə bloqunu yaradıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678