Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Misirdə ailələrarası münaqişə: On nəfər öldü

109 Baxış

Misirin Kina əyalətində iki ailə arasında baş vermiş dava nəticəsində azı on nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Masrawy” portalı xəbər verir ki, Əbu Hizam kəndində əs-Saadiyyə və əl-Avamer ailələri arasında atışma və silahlı toqquşmalarla nəticələnən mübahisə baş verib.

Mübahisəyə səbəb suvarma pompası olub. Nəticədə əs-Saadiyyə ailəsinin üzvü öldürülüb. Bundan sonra ölənin yaxınları əl-Avamer ailəsinin üzvlərinin içində olduğunu zənn etdikləri mikroavtobusa atəş açıblar. Mikroavtobusda digər şəxslər də olub.

Ölənlərdən ən böyüyünün 65, ən kiçiyinin isə səkkiz yaşı var imiş.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678