Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qırğızıstan-Tacikistan sərhədində xüsusi təyinatlıların olduğu helikopter qəzaya uğradı

122 Baxış

Qırğızıstanın Oş vilayətinin Alay rayonunda, Tacikistanla münaqişə zonasına yaxın ərazidə “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, təyyarə Çon-Alay bölgəsinin sərhəd zonasına gedib və naməlum səbəbdən Kiçi-Alay vadisində qəza enişi edib.

Göyərtədə ekipajdan əlavə “Alfa” xüsusi təyinatlı bölməsinin əməkdaşlarının olduğu deyilir. Qəzada bir neçə nəfərin yaralandığı məlumdur. 

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678