Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan özünə məzuniyyət verdi

123 Baxış

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası dövründə 7-18 iyun tarixləri üçün özünə məzuniyyət verib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, bu müddətdə onu Baş nazirin müavini Tiqran Avinyan əvəzləyəcək.

Qeyd edək ki, Ermənistanda 20 iyun tarixinə təyin edilmiş növbədənkənar parlament seçkiləri üçün seçki kampaniyası bu gündən başlayıb və iyunun 18-nə qədər davam edəcək. Seçkilərdə 26 siyasi qüvvə – 22 partiya və dörd partiya bloku iştirak edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678