Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Unudulmuş epidemiya”: Koronavirusdan daha ölümcül, amma…

131 Baxış

Afrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariya çarə tapılmır. Səbəbi malyariyaya qarşı peyvəndin koronavirus kimi gəlir gətirməməsidir. Peyvənd hazırlayanlar isə vəsait çatışmazlığı yaşayırlar.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq qəbiristanlıqlarda yer qalmayıb.

Mütəxəssislər bu xəstəliyə “unudulmuş epidemiya” deyirlər. Ağcaqanadlar tərəfindən yayılan bu xəstəlik ildə 400 min ölümə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678