Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Makron Ərdoğanla Qarabağ məsələsini müzakirə etmək istəyir

120 Baxış

Fransa prezidenti Emmanuel Makron NATO sammiti çərçivəsində Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanla görüşmək və onunla Qarabağ məsələsini müzakirə etmək istəyir.

“Haber Global”ın məlumatına görə, bu barədə Fransanın dövlət başçısı Yelisey Sarayında keçirilən mətbuat konfransında bəyan edib. O, Ərdoğanla aralarında olan fikir ayrılığına baxmayaraq, bir-birləri ilə müzakirələrin zəruriliyini vurğulayıb.

“Bu yaxşı fikirdir. Bir-birimizi görməyə ehtiyacımız var. Prezident Ərdoğanla NATO, Suriya, Liviya, Qarabağ məsələlərini, həmçinin Fransanın “radikal islamçılıqla” mübarizəsini müzakirə etmək istərdim”, – deyə o, bildirib.

Makron “radikal islamçılığa” qarşı mübarizənin heç bir şəkildə İslam dinini hədəf almadığını söyləyərək, Ərdoğanla əməkdaşlıq sahələrindən də danışacağını deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678